Türkiyənin \”Ankaragücü\” futbol komandasının azarkeşlərini daşıyan mikroavtobus qəzaya düşüb.
İnterPress.az-n məlumatına görə, başqa bir avtomobilin arxadan çırpılması nəticəsində mikroavtobus aşıb. Nəticədə 2 nəfər ölüb, 23-ü yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, azarkeşlər paytaxt Ankaraya Antalyadan qayıdırmışlar. \”Ankaragücü\” \”Antalyaspor\”la keçirdiyi Superliqanın XXIV tur matçında 4:2 hesabı ilə qalib gəlib.
İnterPress.az