Türkiyənin şərqindəki Bitlis və Van vilayətlərində güclü qar yağması ilə əlaqədar tədris müəssisələrində dərslər dayandırılıb.
İnterPress.az-ın məlumatına görə, bəzi bölgələrdə qar örtüyü 2 metrədək çatıb.
Dərslərin nə zaman bərpa olunacağı barədə məlumat verilmir.
Güclü qarın bu gün də davam edəcəyi proqnozlaşdırılıb.
İnterPress.az