İranın Çahar-Mahal və Bəxtiyari vilayətində təcili tibbi yardım vertolyotu qəzaya uğrayıb.
İnterPress.az-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, hamilə qadına yardım etmək üçün 4 sərnişinlə havaya qalxan vertolyot qəzaya uğrayıb.
Sərnişinlərdən ikisi təcili yardım mütəxəssisi, ikisi isə pilot olub.(trend)
İnterPress.az