Ötən ay Gürcüstana səfər edən turistlərin sayı 247 705 nəfər təşkil edib.
İnterPress.az xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyası məlumat yayıb.
İllik müqayisədə turistlərin sayında 11 993 nəfər və ya 5,1% artım qeydə alınıb.
Yanvar-fevral aylarında isə qonşu ölkəyə, ümumilikdə, 553 644 turist gedib. İllik müqayisədə turistlərin sayı 29 054 nəfər yaxud 5,5% artıb.
İlkin hesablamalara əsasən, Gürcüstanın yanvar ayında turizmdən əldə etdiyi gəlir 164,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 5% çoxdur.
İnterPress.az