Şirvan şəhərində iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.
İnterPress.az-ın məlumatına göröə, hadisə bu gün səhərə yaxın Şirvan şəhərində Sabirabad dairəsi adlanan ərazidə qeydə alınıb.
\”Mitsubishi\” və “Mercedes” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
FHN-dən Trend-ə verilən məlumata görə, \”Mercedes\” markalı avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq üçün hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Sürücü xilas olunduqdan sonra digər 3 nəfələ birlikdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, Bakı şəhər Xəzər rayon sakini, 1958-ci il təvəllüdlü Mirzəyev Novruz Mürcəfər oğlu baş təpə nayihəsinin geniş əzilmiş yarası, Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Fuad Bəybala oğlu sol diz qapağının və daraq sümüyünün sınması, Bakı şəhər Xəzər rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Yaşar Surxay oğlu döş qəfəsinin əzilməsi, alının rematoması, Bakı şəhəri Sabunçu rayon sakini 1959-cu il təvəllüdlü Əsgərov Səftər Ələsgər oğlu sol baldırının sol said sümüyünün sınması xəsarətləri ilə daxil olublar.
Hər 4 şəxsin vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Qəzanın başvermə səbələri araşdırılır.
İnterPress.az