İnterPress.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı brifinqdə deyib.
Onun sözlərinə görə, bir neçə il əvvələ qədər ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda dini etiqad azadlığı ilə obyektiv olmayan informasiyalar yayılırdı: \”ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən nümayəndə heyətləri ilə keçirdiyimiz görüşlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və Prezident Administrasiyası ilə birlikdə apardığımız işlər nəticəsində bu məlumatların yanlış olduğunu onlara çatdıra bilmişik. Amma hesabatlarda hələ də razı olmadığımız məqamlar var. Əminəm ki, biz zaman-zaman bu yanlışlıqları da onlara göstərə biləcəyik\”.
İnterPress.az