Fəaliyyətdə olan sədr: “ATƏT münaqişələrin həlli məsələlərində faydalı alətdir”backend

Fəaliyyətdə olan sədr: “ATƏT münaqişələrin həlli məsələlərində faydalı alətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransında deyib.

\”ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək niyyətini və buna hazır olduğunu bəyan etmək istəyirəm. Nizamlama çərçivəsində görüşlərimizi davam etdiririk. Bu, münaqişə zonasında gərginliyin azaldılmasına yardım edib\”, – deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

O, Yerevana qarşıdakı səfəri zamanı Ermənistan tərəfinə Bakının bəyanatını çatdıra biləcəyinə ümidvar olduğunu əlavə edib.

İnterPress.az