Bakıda 8 yaşlı uşağın ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilibbackend

Bakıda 8 yaşlı uşağın ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib və hakim Ceyhun Qədimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Qaraçuxur qəsəbəsində baş verib. 2010-ci il təvəllüdlü Əhmədzadə Vaqif Ağa oğlu idarə etdiyi velosipedlə M.Ağakişiyevin idarə etdiyi “Mersedes Sprinter” markalı avtomaşının altına girib. Nəticədə 8 yaşlı uşaq hadisə yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, V.Əhmədzadə 141 saylı orta məktəbin 1-ci sinif şagirdi olub.

İnterPress.az