Abbas Qəzzada Tramp və Beynəlxalq Sülh İcması ilə işləməyə HAZIRDIRbackend

Abbas Qəzzada Tramp və Beynəlxalq Sülh İcması ilə işləməyə HAZIRDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abbas Qəzza zolağında Tramp və Beynəlxalq Sülh İcması ilə işləməyə hazırdır

İnterpress.az xəbər verir ki, Fələstin Muxtariyyətinin prezidenti Abbas BMT Baş Assambleyasında çıxış edib.

O, Qəzzada sülh planının həyata keçirilməsi üçün ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanı, Fransa və BMT ilə işləməyə sadiqliyini təsdiqləyib.

Abbas çıxışında HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu pisləyib və bunun Fələstin xalqının iradəsini əks etdirmədiyini vurğulayıb.

O, Fələstin Administrasiyasının Qəzza zolağında idarəetmə və təhlükəsizlik üçün tam məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edərək, HƏMAS-ın gələcək idarəçilikdə iştirakını istisna edib.

“Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsidir. Biz silahlı dövlət istəmədiyimizi bir daha təsdiq edirik”, – Abbas vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az