ABŞ-a çatmaq istəyən on mindən çox mühacir təhlükə ilə üz-üzədirbackend

ABŞ-a çatmaq istəyən on mindən çox mühacir təhlükə ilə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi olan Kolumbiyanın şimalındakı Antyokiya inzibati bölgəsində əksəriyyəti Haitidən olan 10 mindən çox mühacir ABŞ-a getmək üçün sərhədə toplaşdığı bildirilir.

Ölkələrindəki daxili qarışıqlıq və iqtisadi çatışmazlıqlar səbəbiylə Nekokli şəhərindən ABŞ-a çatmaq üçün toplaşan insanlar Kolumbiya-Panama sərhədini keçmək istəyir.

Səlahiyyətlilər şəhərin tutumundan çox-çox yüksək əhali sıxlığının mövcuduluğunu qeyd edərək, qida çatışmazlığı və sağlamlıqla əlaqədar vəziyyətin gündən-günə daha da pisləşdiyini vurğulayıblar.

Nekokli nümayəndəsi Vilfredo Zapata səlahiyyətliləri köməyə çağıraraq, mətbuata verdiyi açıqlamada bildirib: “Hazırda ciddi bir böhranla qarşı-qarşıyayıq. Xüsusi ehtiyacı olan çox sayda mühacir var, onlara lazımi yardım göstərilmir və çoxu insanlar üçün çox təhlükəli şəraitdə qida çatışmazlığından əziyyət çəkirlər. Kəskin şəkildə qida, sığınacaq və uşaq bezi qıtlığı yaşanır”.

Miqrantlar bataqlıqda ilişmək və vəhşi heyvanların hücumuna məruz qalmaq təhlükəsi ilə üz-üzədirlər.

Müxtəlif təhlükələrə rəğmən, mühacirlər əvvəlcə Panama, sonra Qvatemalaya, sonra isə Meksikaya keçərək ABŞ-a çatmağı xəyal edirlər.

Mənbə: Haber Global