ABŞ Ali Məhkəməsinə afroamerikalı qadın üzv seçilib – İLK DƏFƏbackend

ABŞ Ali Məhkəməsinə afroamerikalı qadın üzv seçilib – İLK DƏFƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika əsilli amerikalı Ketanci Braun Cekson Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin yeni üzvü olub.

O, and içib.

51 yaşlı Cekson təqaüdə çıxan 83 yaşlı Stiven Brayeri əvəz edib.

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsində xidmət edən ilk afroamerikalı qadın olub.

Bundan əvvəl o, Kolumbiyada apellyasiyada hakim vəzifəsində çalışıb.

Amerikada federal hakimlər ömürlük təyin olunurlar. Onların namizədliyi senatorlar tərəfindən nəzərdən keçirilir. Ali Məhkəmə doqquz üzvdən ibarətdir.