ABŞ-da helikopter qəzaya uğrayıb, iki nəfər ölübbackend

ABŞ-da helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Aydaho ştatının dağlıq bölgəsində “CH-47 Chinook” helikopteri qəzaya uğrayıb.

Bu barədə “NBC News” məlumat yayıb.

Sözügedən helikopter meşə yanğının söndürülməsi üçün havaya qalxmışdı.

Xilasedicilər dərhal helikopterin qəzaya uğradığı yeri müəyyən edərək hər iki pilotu xəstəxanaya çatdırıblar.

Bildirilir ki, pilotların xəstəxanaya çatdırılmasına baxmayaraq, onları xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbi məlum deyil.