ABŞ-ın Kolorado ştatında bir mərasim evində şikayət əsasında 115 çürümüş cəsədin tapıldığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Fremont qraflığının polis idarəsindən verilən açıqlamada, hadisə yerində araşdırma aparıldığı bildirilib. Belə ki, ətrafa yayılan pis qoxu səbəbiylə şikayət olunub.
Açıqlamada qeyd olunub ki, ekspertiza nəticəsində düzgün saxlanılmayan 115 çürümüş cəsəd aşkar edilib.
Dairə şerifi Allen Kuper ailələrə müraciət edib ki, araşdırmalar davam etsin və çürümüş cəsədlərin şəxsiyyəti müəyyən olunsun.
Freemont polisi cənazə evində saxlanılan cəsədlərin qalıqlarının sağlamlıq üçün təhlükə yaratmadığını bildirib.
Kolorado ştatının qanunlarına görə, 24 saat ərzində dəfn edilməyən cəsədlər morqlarda soyuducuda saxlanmalıdır.