ABŞ-dan terror təşkilatı PKK-ya yeni dəstək: 80 yük maşınından ibarət karvan – FOTObackend

ABŞ-dan terror təşkilatı PKK-ya yeni dəstək: 80 yük maşınından ibarət karvan – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ terror təşkilatı PKK/YPG-yə dəstəyini artırmağa davam edir.

Son olaraq Suriyanın şimal-şərqində silah və ləvazimatlarla dolu 80 yük maşınından ibarət karvan ələ keçirilib.

Amerika Birləşmiş Ştatlarına məxsus yük maşınları silah-sursat, nəqliyyat vasitələri və logistika materialları ilə dolu olub. Karvan Suriyanın terror təşkilatı PKK/YPG-nin işğalı altında olan şimal-şərqinə daxil olub.

Karvanın Suriyanın Haseke şəhərinin Kamışlı rayonundan keçdiyi görüntülənib. Bununla da ABŞ-ın bu il terror təşkilatının işğal etdiyi bölgələrə göndərdiyi hərbi texnika ilə dolu yük maşınlarının sayı 1205-ə çatıb.

 

Mənbə: Haber Global