ABŞ bölgəyə 6 ədəd F-35 qırıcısı göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq resursları və hərbi mənbələr məlumat yayıb.
ABŞ-nin 6 ədəd F-35 qırıcı təyyarəsi İngiltərədən havaya qalxaraq İordaniyadakı Müvəffəq Salti aviabazasına doğru istiqamət alıb.
Bu addım ABŞ-nin regiondakı hərbi qüvvələrini artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Məlumata görə, bölgədə hərbi potensialın gücləndirilməsi prosesi davam edir.
Sözügedən qırıcıların İordaniyadakı bazada yerləşdirilməsi ABŞ-nin Yaxın Şərqdəki əməliyyat imkanlarını genişləndirmək məqsədi daşıyır.

Xuraman Etibarlı
İnterpress.az






