ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb. Təyyarədə 8 nəfərin olduğu açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yaponiya Sahil Mühafizə Komandanlığı ABŞ-ın “Osprey” tipli hərbi təyyarəsinin Yakuşima adası sahillərində qəzaya uğraması xəbərini aldığını açıqlayıb.
Komandanlığın sözçüsü Kazuo Oqava qeyd edib ki, göyərtəsində 8 nəfərin olduğu bildirilən təyyarənin qəzaya uğrama səbəbi və göyərtəsində olanların vəziyyəti hələlik məlum deyil.
Kazuo, Sahil Mühafizəsi Komandanlığına bağlı axtarış-xilasetmə qruplarının bölgəyə göndərildiyi barədə məlumatı paylaşıb.
Mətbuat katibi Kazuo bildirib ki, qəzaya uğrayan hərbi təyyarənin İvakuni şəhərindən Okinava prefekturasına uçduğu bildirilib.