ABŞ hökumətinə qarşı KİBERHÜCUM: Cisco avadanlıqları SINDIRILDIbackend

ABŞ hökumətinə qarşı KİBERHÜCUM: Cisco avadanlıqları SINDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakerlər ABŞ hökumətindəki Cisco cihazlarını sındıraraq kritik infrastruktura təsir göstəriblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg”in məlumat yayıb. Məlumata görə, hakerlər ABŞ hökumət qurumlarında istifadə olunan Cisco şirkətinin avadanlıqlarını sındıraraq kritik infrastruktura müdaxilə ediblər.

Hadisə ölkənin informasiya təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub.

Məlumatda bildirilir ki, kiberhücum nəticəsində dövlət orqanlarının işində bir sıra pozuntular qeydə alınıb, lakin dəqiq hansı sistemlərin zərər gördüyü açıqlanmır.

ABŞ rəsmiləri hazırda insidentin miqyasını qiymətləndirir və mümkün təhlükələrin qarşısını almaq üçün tədbirlər görür.

Ekspertlər hesab edirlər ki, dövlət idarələrində istifadə olunan şəbəkə avadanlıqlarının sındırılması təkcə daxili təhlükəsizlik üçün deyil, həm də beynəlxalq kiberstabilik üçün risklər yaradır.

Hadisə ilə bağlı həm ABŞ kibertəhlükəsizlik qurumları, həm də Cisco şirkətinin mütəxəssisləri araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az