ABŞ Husiləri yenidən terror təşkilatları siyahısına daxil edibbackend

ABŞ Husiləri yenidən terror təşkilatları siyahısına daxil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Yəməndə husilər kimi tanınan Ənsarallah qruplaşmasını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” siyahısına salıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan husilərin terror siyahısına əlavə edilməsi ilə bağlı yazılı açıqlama verib.

Sullivan açıqlamasında Qırmızı dənizdə gəmi ticarətini pozan husilərin hücumlarının Amerika personalını da təhlükə altına atdığını və həm ABŞ rəhbərliyinin, həm də beynəlxalq ictimaiyyətin bu hücumlara ortaq reaksiya verdiyini bildirib.

“Davam edən bu hücumlara cavab olaraq ABŞ Husilər olaraq da bilinən Ənsarallahı Qlobal Xüsusi Terror Təşkilatı siyahısına əlavə etdi. Husilər hücumlarına son qoysalar, tezliklə bu siyahıdan çıxarıla biləcəklər. Husilər 30 gündən sonra sözügedən terror siyahısına əlavə ediləcək, Yəməndə humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bu istiqamətdə qiymətləndirmə aparılıb”.

Bu qərarla Husilər, İmmiqrasiya və Vətəndaşlıq Qanunu və Xarici Terror Təşkilatları haqqında 13224 saylı Prezident Fərmanı çərçivəsində yenidən “Qlobal Xüsusi Terror Təşkilatı”nın əhatəsinə düşəcəklər.

ABŞ dövlət katibi Antoni Blinken Yəməndə husilər kimi tanınan Ənsarullah təşkilatını 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb. Sözügedən qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

Husilər daha əvvəl Donald Tramp administrasiyasının son günlərində xarici terror təşkilatları siyahısına əlavə edilmişdi.