ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir sıra silah istehsalçıları ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, bu vəsait ABŞ-ın Ukraynaya göndərdiyi silah ehtiyatlarını doldurmaq üçün istifadə olunacaq. Maliyyələşdirmə “Javelin”, “Stinger” və HIMARS reaktiv yaylım atəşi sisteminin istehsalına yönəldiləcək