ABŞ Quru Qoşunları hesabat verdi: bu silahların istehsalına 1 milyard dollar ayırırbackend

ABŞ Quru Qoşunları hesabat verdi: bu silahların istehsalına 1 milyard dollar ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Quru Qoşunları hesabat verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hesabatda bildirilib ki, ABŞ növbəti 5 ildə artilleriya mərmisi istehsalı müəssisələrinin yaradılmasına 1 milyard dollar illik büdcə ayıracaq.

İddia olunur ki, Rusiya-Ukrayna müharibəsində gündəlik olaraq əvvəlki müharibələrdən qat-qat çox sursat istehlak edilir və bu səbəbdən bu müharibənin davam etdirilməsi qeyri-davamlı ola bilər.

Qeyd edilib ki, ABŞ ordusu sərmayələrini artilleriya və raket sistemlərindən daha çox mürəkkəb və yüksək texnologiyalı silahlara yönəldib, lakin Rusiya-Ukrayna müharibəsinin əsasən quru əməliyyatları formasında irəliləməsi yüksək kalibrli silahların vacibliyini bir daha təsdiqləyib.