ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edibbackend

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirak edib.

Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində ABŞ-da yerləşən və bu ölkə vətəndaşlarının nəzarətində olan FSB-yə məxsus bütün əmlak və aktivlər bloklanacaq.