Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-nin Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Diana Braunla görüşüb.
Görüş zamanı parlament seçkiləri ilə bağlı ölkədəki ictimai-siyasi durum, seçki mühiti haqda müzakirələr aparılıb.
S.Əsədli VHP-nin seçki fəaliyyəti, qeydə alınmış namizədlər haqda diplomata məlumat verib.