ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Belçikaya köçürüləcəkbackend

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Belçikaya köçürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Almaniyadan Belçikaya köçürüləcək.

İnterpress.az-ın Xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlər üçün keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Tod Uolters bildirib.

“Bildiyiniz kimi, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı hazırda Ştutqartda yerləşir. Biz qərargahı Monsa, Belçikaya köçürməyi planlaşdırırıq”, – deyə T. Uolters vurğulayıb.

 

İnterpress.az