ABŞ və Hindistan Çinlə mübahisəli sərhədin yaxınlığında hərbi təlim keçirəcəkbackend

ABŞ və Hindistan Çinlə mübahisəli sərhədin yaxınlığında hərbi təlim keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.

Əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.

Təlimlər 3 min metr yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.

Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.

Mənbə: gazeta.ru