Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Allahverdiyeva Sveta İman qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.