Floridada bir əli olmayan qadını avtomobil sürərkən telefondan istifadə etməkdə ittiham ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Floridada yol polisi Keti Tomas adlı sürücünü saxlayaraq, onun avtomobil idarə edərkən sağ əli ilə telefondan istifadə etdiyini bildirib. Lakin qadının sağ əli yoxdur.
Polis əməkdaşı sürücüyə müraciət edərək deyib: “Siz yanımdan keçərkən sağ əlinizdə telefon tuturdunuz və ondan istifadə edirdiniz”. Keti Tomas isə cavabında, “Mənim sağ əlim yoxdur” deyə bildirib.
Buna baxmayaraq, qadına sükan arxasında mesaj yazdığı əsas gətirilərək 116 dollar (təxminən 197 manat) məbləğində cərimə yazılıb.
Palm-Biç dairəsinin məhkəmə protokollarında qeyd olunur ki, sonradan polisin özünün xahişi ilə bu qərar ləğv edilib.
Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub, insanların bəzi hallarda məsuliyyətə cəlb edilərkən faktiki vəziyyəti araşdırmadan qərar qəbul edilməsi tənqid edilib.
Xuraman Etibarlı
İnterpress.az






