HƏMAS liderlərinin aradan qaldırılması layiqli hədəfdir, amma hücum ABŞ və İsrailin məqsədlərinə xidmət etmir.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Ağ Ev bildirib ki, Dohada HƏMAS rəhbərliyinə endirilən zərbə “ABŞ və İsrailin məqsədlərinə xidmət etmir”. Lakin Ağ Ev vurğulayıb ki, qruplaşmanın liderlərinin aradan qaldırılması “layiqli və əsaslandırılmış hədəfdir”.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuyla telefon danışığında ümid etdiyini bildirib ki, bu hadisə “sülh üçün imkan yaradacaq”.
Netanyahyu isə bildirib ki, mümkün qədər tez sülh əldə etməyə çalışır.
Xuraman Etibarlı
İnterpress.az