Ağ Ev: Putin Trampa söz verib ki, yaxın həftələrdə Zelenski ilə birbaşa görüşəcək – VİDEObackend

Ağ Ev: Putin Trampa söz verib ki, yaxın həftələrdə Zelenski ilə birbaşa görüşəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Trampa söz verib ki, yaxın həftələrdə Zelenski ilə birbaşa görüşəcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının mətbuat katibi Karolin Livitt bildirib.

Onun sözlərinə görə, Tramp Ukrayna ilə bağlı növbəti görüşlər üçün daha bir ay gözləmək istəmir və mümkün qədər tez yeni təmasların tərəfdarıdır.

Bundan əlavə, o, jurnalistin sualını cavablandıraraq qeyd edib ki, ABŞ milli təhlükəsizlik komandası hər iki tərəflə danışıqların təşkili üçün müxtəlif variantları fəal şəkildə müzakirə edir.

“Politico” yazır ki, Budapeşt üçtərəfli görüşün keçiriləcəyi yer ola bilər.

Xuraman Etibarlı

İnterpress.az