Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, – məlumatda deyilir.