Ağstafada maşın piyadanı vurdubackend

Ağstafada maşın piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.