Aİ İrana qarşı yeni sanksiyalar qəbul edəcəkbackend

Aİ İrana qarşı yeni sanksiyalar qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ xarici işlər nazirləri oktyabrın 17-də ölkədə etirazların yatırılmasında iştirak edən İran rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edəcəklər.

Bu barədə çərşənbə günü Fransanın xarici işlər naziri Katrin Kolonna Senatın Xarici Əlaqələr Komissiyasının iclasında çıxışı zamanı bildirib.

“Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Biz İranda repressiyalara görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar qəbul edəcəyik”, – o deyib.

Kolonna bəyan edib ki, İran insan haqları üzrə öhdəliklərə əməl etməlidir.

Fransalı nazirin sözlərinə görə, Aİ ölkələri artıq sanksiyalarla bağlı ilkin razılığa gəliblər.

“Düşünürəm ki, qərar Tehranın təzyiqlərinə baxmayaraq veriləcək”, – Kolonna əlavə edib.

Mənbə: TASS