Aİ-nin Kosovo ilə viza qərarıbackend

Aİ-nin Kosovo ilə viza qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti (AP) Kosovo pasportu sahiblərinin Aİ-yə vizasız gediş-gəlişinə icazə verilməsi barədə qərarı təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

AP Baş Assambleyasında səsvermədən sonra yayılan yazılı açıqlamada deyilir: “Kosovo vətəndaşlarının AB-yə, AB vətəndaşlarının isə Kosovoya istənilən 180 günlük müddətdə 90 günə qədər viza tələb etmədən səyahət etmələrinə icazə veriləcək”.

Beləliklə, bütün Qərbi Balkanlar bölgəsi AB-nin vizasız səyahət zonası Şengen ilə viza azadlığı əhatəsinə daxil edilib.

Qərar rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minir.

Viza azadlığı Avropa Səyahət Məlumatı və Səlahiyyət Sisteminin (ETIAS) fəaliyyətə başladığı tarixdə və ya 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək. ETİAS 2024-cü ildən əvvəl qüvvəyə minərsə, bu tarix nəzərə alınacaq.

Kosovo digər Qərbi Balkan ölkələri ilə birlikdə 2003-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən Aİ Liderlər Sammitində “potensial namizəd” ölkə elan edildi.

Ölkənin 2008-ci ildə Serbiyadan birtərəfli qaydada elan etdiyi müstəqilliyini hazırda 5 AB ölkəsi, o cümlədən Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya və Kipr Rum Administrasiyası tanımır.

Kosovo 2022-ci ilin dekabrında Aİ-yə üzvlük üçün rəsmi müraciət edib.