Aİ rəsmisi Qəzza ilə bağlı İrana çağırış edibbackend

Aİ rəsmisi Qəzza ilə bağlı İrana çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıb.

İnterpress.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Bildirilib ki, tərəflər Qəzzadakı durumu müzakirə ediblər.

Qeyd olunub ki, o, regiondakı gərginliyin artmasının qarşısının alınması məqsədilə Tehranı öz imkanlarından istifadəyə çağırıb.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.