Aİ-nin maliyyələşdirdiyi təşkilatlar Gürcüstanda təxribata hazırlaşır – Papuaşvilibackend

Aİ-nin maliyyələşdirdiyi təşkilatlar Gürcüstanda təxribata hazırlaşır – Papuaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ səfirliyinin maliyyələşdirdiyi təşkilatlar Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərini pozmağa hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Papuaşvili bildirib.

“Biz MSK-ya və seçkilərə hücum edən QHT-lərə qiymət verərkən çox yüksək səslə və sərt olmalıyıq. Bu təşkilatlar səfirin təsdiqi ilə Aİ büdcəsindən maliyyələşir.

Biz görürük ki, bu sahədə artıq ABŞ-nin maliyyəsi yoxdur.

Aİ büdcəsindən pullar Gürcüstanda yerli hökumət seçkilərini pozmağa sərf olunur. Bu, faktdır.

Hər bir halda, bu, həm təşkilatı, həm də donorları birbaşa olaraq ifşa edəcəyik, bu, beynəlxalq hüququn pozulmasıdır”, – o qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az