Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermakın məhkəməsi başlayır.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Artıq sabah məhkəmə Ukrayna Prezidentinin ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində qətimkan tədbiri seçəcək.
Sabiq vəzifəli şəxsi 15 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi mətbuatın və ictimaiyyətin ciddi nəzarəti altında keçirilir.
Andrey Yermak Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) 460 milyon qrivna (təxminən 18 400 000 manat) məbləğində cinayət sxemini ifşa etdiyini bəyan etdikdən sonra məhkəməyə cəlb edilib.
Sabiq rəsmi qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur.
İttihamların kifayət qədər ciddi olduğu və istintaqın geniş sübut bazasına malik olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






