Ermənistanda mütəşəkkil cinayətkar qrup YAXALANDI – VİDEObackend

Ermənistanda mütəşəkkil cinayətkar qrup YAXALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda kibercinayətkar qrup ifşa edilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Ermənistanın Araqatsotn vilayətinin Karbi kəndində kibercinayətkarlarla məşğul olan bir qrup şəxs ifşa edilib.

Cinayətkarlar kənddəki evlərdən birində gizlənərək fəaliyyət göstəriblər.

Məlumata görə, qrup üzvləri əsasən telefon zənglərinin terminasiyası ilə məşğul olublar.

Onlar xüsusi proqramlar və süni intellekt vasitəsilə vətəndaşların bank hesablarına çıxış əldə edib, ələ keçirdikləri vəsaitləri isə kriptovalyutaya çevirərək mənimsəyiblər.

Faktla bağlı istintaq davam edir, çoxsaylı ekspertizalar təyin olunub.

Hüquq-mühafizə orqanları qrupun digər əlaqələrini və zərərçəkənlərin sayını müəyyənləşdirmək üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az