Teatrda GƏRGİN ANLAR: Məşhur aktyorun səhnədə HALI PİSLƏŞDİbackend

Teatrda GƏRGİN ANLAR: Məşhur aktyorun səhnədə HALI PİSLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada məşhur aktyor Andrey Kuziçevin tamaşa zamanı halı pisləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvadakı Puşkin Teatrında “İdiot” tamaşası zamanı aktyor Andrey Kuziçevin səhhətində ciddi problemlər yaranıb.

55 yaşlı aktyorun ürəyində ağrılar olsa da, o, tamaşaçıları yarıyolda qoymayıb və rolunu sona qədər ifa edərək, sonda səhnəyə çıxıb.

Tamaşaçılar bildiriblər ki, fasilə nəzərdə tutulduğundan 15 dəqiqə daha çox uzanıb. Məlum olub ki, aktyorun qan təzyiqi kəskin şəkildə yüksəlib və bu müddətdə ona təcili tibbi yardım briqadası köməklik göstərib.

Aktyorun özü isə müsahibəsində səhhətinin qaydasında olduğunu iddia edib.

Qeyd edək ki, rejissor Sergey Tonışevin quruluşunda olan “İdiot” tamaşasında baş rolu ifa edən Andrey Kuziçev populyar seriallardakı rolları ilə geniş tamaşaçı kütləsinə tanışdır.

Aktyorun peşəkarlığı tamaşaçılar və teatr kollektivi tərəfindən yüksək qiymətləndirilib.

Xuraman Etibarlı

İnterpress.az