Fransada hantavirusa yoluxanlarla təmasda olanlar üçün karantin mərkəzləri hazırlanır.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Fransanın daxili işlər naziri hantavirus infeksiyası ilə bağlı ciddi tədbirlər elan edib.
Nazirin sözlərinə görə, virusa yoluxan şəxslərlə təmasda olmuş bütün insanlar xəstəxana şəraitində karantinə alınacaqlar.
Hazırda virusa yoluxmuş şəxslərlə təmasda olan 22 nəfər müəyyən edilib.
Fransada hantavirusa yoluxması rəsmən təsdiqlənən ilk qadın pasiyent Parisdəki Bişa klinikasında müalicə alır.
Səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirib və əhaliyə gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.az






