Hindistanda şübhəli HADİSƏ: Silah mağazasının əməkdaşı SAXLANILDI – VİDEObackend

Hindistanda şübhəli HADİSƏ: Silah mağazasının əməkdaşı SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Solapur şəhərində silah mağazasının əməkdaşından şübhəli maddələr aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hindistanın Solapur şəhərində silah mağazasının əməkdaşı şübhəli hərəkətlərinə görə polisin diqqətini çəkib.

Polis iddia edir ki, həmin şəxs avtomobilinin baqajına “pnevmatik silahlar üçün qatılaşdırılmış kükürdlü maddə” olan bağlamalar yerləşdirirmiş.

Saxlanılan şəxsin üzərində və avtomobilində axtarış aparılıb. Bağlamaların məzmunu və onların hansı məqsədlə istifadə edildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Hazırda maddələrin tərkibi və onların qanunsuz dövriyyəsi ilə bağlı ekspertiza təyin olunub.

Xuraman Etibarlı

İnterpress.az