Rusiyada qanunsuz namaz qılan miqranta AĞIR CƏZA: Cərimə və DEPORTASİYA – FOTObackend

Rusiyada qanunsuz namaz qılan miqranta AĞIR CƏZA: Cərimə və DEPORTASİYA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaşayan özbək Dadaboyev doğma Özbəkistana qaytarılır.

İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Primorski rayonunda müsəlman miqrant “qanunsuz dini fəaliyyətlə məşğul olduğu üçün” – namaz qıldığına görə cərimələnib və Rusiyadan çıxarılıb.

Özbəkistan vətəndaşı olan qoca Dadaboyev mayın 12-də Savuşkin küçəsindəki yaşayış binasının yaxınlığında müvafiq icazəsi olmadan namaz qılıb.

Məhkəmənin qərarı ilə ona 30 min rubl (təxminən 687 manat) məbləğində cərimə tətbiq edilib və ölkədən məcburi qaydada deportasiya olunması barədə qərar çıxarılıb.

Miqrant artıq Rusiyanı tərk etmək üçün təxliyyə mərkəzinə yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az