Ostankino qülləsində ÖLÜM: Hündürlükdən qorxan 43 yaşlı kişinin ÜRƏYİ DAYANDIbackend

Ostankino qülləsində ÖLÜM: Hündürlükdən qorxan 43 yaşlı kişinin ÜRƏYİ DAYANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Ostankino televiziya qülləsində 43 yaşlı kişi hündürlükdən qorxaraq ürəktutmasından vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada yerləşən məşhur Ostankino televiziya qülləsinin müşahidə meydançasında bədbəxt hadisə baş verib.

43 yaşlı kişi 340 metr hündürlükdə olan müşahidə meydançasına qalxdıqdan sonra qəfildən halı pisləşib.

Şahidlərin sözlərinə görə, kişinin rəngi göyərib, o, yerə yıxılaraq huşunu itirib. İlkin ehtimala görə, hündürlükdən şiddətli qorxu keçirən kişinin ürəyi dözməyib.

Hadisə yerinə çağırılan həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.

Xuraman Etibarlı

İnterpress.az