Aİ və Almaniya İranla danışıqları ŞƏRH ETDİbackend

Aİ və Almaniya İranla danışıqları ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaya Kallas və Vadeful İranın xarici işlər naziri Əraqçi ilə telefon danışığını şərh ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əraqçi ilə telefon danışığından sonra Kallas X-də yazıb.

Avropa İttifaqının ali diplomatı Kaja Kallas və Almaniyanın xarici işlər naziri Vadeful İranın xarici işlər naziri Əraqçi ilə telefon danışığını şərh ediblər.

Kallas “Snapback” mexanizminin müddətinin yaxınlaşdığını xatırladaraq, İranın ABŞ-la əməkdaşlığa hazır olmasının həlledici əhəmiyyət daşıdığını, həmçinin Tehranın tam şəkildə MAQATE ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb.

Vadeful isə bəyan edib ki, danışıqlar zamanı İran tərəfinə etibarlı və uzunmüddətli razılaşma əldə edilməzsə, sanksiyaların müddətinin başa çatmasının yolverilməz olduğu açıq şəkildə bildirilib.

Xuraman Etibarlı

İnterpress.az