Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Görüş zamanı təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb.
Nazir Akar Ukraynada təcili atəşkəsin elan edilməsinin vacibliyini bir daha Şoyqunun diqqətinə çatdırıb.