Misir HƏMAS-ı İsrailin mümkün hücumu barədə xəbərdar edib.
İnterpress.az xəbər verir ki, bu barədə livan nəşri “Al Akhbar” məlumat yayıb.
Son iki həftə ərzində Misir rəsmiləri HƏMAS-ın yüksək vəzifəli nümayəndələri ilə təhlükəsizlik təhdidlərini müzakirə ediblər.
Livan və Türkiyədə yaşayan təşkilat liderlərinə qarşı risklər əsas mövzulardan biri olub.
Mənbələrin bildirdiyinə görə, Qətərdə baş verən hücum həm Doha, həm də Qahirə üçün “şok” olub.
Xuraman Etibarlı
İnterpress.az