Ali Baş Komandan: “Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi”backend

Ali Baş Komandan: “Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi”, – deyə dövlətimizin başçısı əlavə edib.