” Alim ” elmi assosiasiyasının II qurultayı keçirilibbackend

” Alim ” elmi assosiasiyasının II qurultayı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada fəaliyyət göstərən “Alim” elmi assosiasiyasının II qurultayı keçirilib. Onlayn keçirilən tədbirdə assosiasiyanın Fransa və Azərbaycandan olan üzvləri, eləcə də yeni üzvlüyə namizədlər iştirak ediblər. Qurultayı açıq elan edən assosiasiyanın prezidenti Günel Səfərova ötən il həyata keçirilən layihələr barədə hesabatla çıxış edib.

 

Assosiasiyanın koronaviris pandemiyası və 44 günlük Vətən müharibəsi ərzində soydaşlarımızı və tarixi vətənimizi dəstəkləməyə çalışdığı vurğulanıb. Belə ki, Fransada təqaüdsüz təhsil alan azərbaycanlı tələbələrə yardım kampaniyası təşkil edilib, digər assosiasiyalarla birlikdə Fransa Prezidentinə, XİN başçısına, fransız deputat və senatorlara, dini qurumlara, UNESKO-nın direktoruna bu ölkənin Azərbaycana olan qərəzli münasibətinə etiraz edən və Qarabağ həqiqətlərini çatdıran məktublar ünvanlanıb, assosiasiyanın təsisçi üzvləri Elmar Yusifli və Şəbnəm Süleymanova tərəfindən erməni əsirliyində olan azərbaycanlı əsirlərin geri qaytarılması ilə bağlı “Qırmızı Xaç” komitəsinə müraciət olunub.

 

Qurultayın gedişində 2021-ci il üçün nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb, səsvermə yolu ilə assosiasiyaya yeni üzvlər seçilib.

 

İnterpress.az