Alman turist İtaliyada göldə uşaqları xilas edərkən İTKİN DÜŞDÜbackend

Alman turist İtaliyada göldə uşaqları xilas edərkən İTKİN DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman turist Komo gölündə uşaqları xilas edərkən itkin düşüb.

Interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyadan olan turist İtaliyanın Komo gölündə iki övladını xilas etməyə çalışarkən itkin düşüb. Hadisə Dorio şəhəri yaxınlığında baş verib.

Məlumata görə, uşaqlar xilas ola bilib, lakin ata suda itib. Onlarla birlikdə ananın da qayıqda olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər, dalğıclar və helikopter cəlb olunub. İlkin versiyaya görə, kişini güclü sualtı axın aparıb. Axtarışlar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az