Almaniya səfirinin Gürcüstan XİN-ə çağırılmasına REAKSİYA VERDİbackend

Almaniya səfirinin Gürcüstan XİN-ə çağırılmasına REAKSİYA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya öz səfirinin Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılmasına cavab verib.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Biz “Gürcü arzusu”nun nümayəndələrinin Almaniyanın Tbilisidəki səfirinə qarşı davam edən aqressiv ritorikasını və onun Xarici İşlər Nazirliyinə əsassız çağırışlarını qəti şəkildə rədd edirik.

O, Federal Hökumətin mövqeyini təmsil edir və Vyana Konvensiyasına tam uyğun hərəkət edir”, – Almaniya Xarici İşlər Nazirliyi bəyan edib.

Səfir özü də “əsassız hücumları” rədd edib:

“Gürcüstanla Almaniya arasında münasibətlərin yeni aşağı düşməsinə görə məsuliyyət hakim partiyanın üzərinə düşür.

Hakim partiyanın hərəkətləri və ritorikasında günah var. Məni dinləmədilər. Mən radikal deyiləm. Almaniya dost olaraq qalır”.

Xuraman Etibarlı

İnterpress.az