Almaniyada amerikalı turistə hücum edən suriyalı HƏBS OLUNDUbackend

Almaniyada amerikalı turistə hücum edən suriyalı HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Drezdendə amerikalı turistə hücum edən suriyalı yenidən həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyanın Drezden şəhərində polis 21 yaşlı suriyalı Məcid A.-nı ikinci dəfə saxlayıb. O, ABŞ-dən olan turistə qarşı törədilən hücumla əlaqədar şübhəli bilinir.

İlk həbs hadisə yerində baş vermişdi, lakin hüquqi əsasların olmaması səbəbindən Məcid A. azad edilmişdi.

Yeni araşdırmalar və videomaterialların təhlili onun hərəkətlərini “təhlükəli bədən xəsarətləri vurmaq” kimi qiymətləndirib və məhkəmə onu istintaq təcridxanasına göndərib.

Hadisə avqustun 24-də Drezdenin tramvaylarından birində baş verib. Nyu-Yorkdan olan turist bir qızın iki kişi tərəfindən narahat edilməsinə müdaxilə edib.

Onlardan biri amerikalını yumruqla vurub, digəri isə bıçaqla üzünü kəsib. Yaralı Drezden Universitet Klinikasına aparılıb və həkimlər tərəfindən tikiş qoyulub.

Məcid A. hadisədən sonra elektrik skuterilə qaçmağa çalışsa da, yaxınlıqda saxlanılıb.

İlk dəfə 12 saat sonra sərbəst buraxılsa da, yeni sübutlar göstərib ki, hücum zamanı onun əlində xəsarətlərin şiddətini artıran bir əşya olub.

Hücum edən ikinci şəxs isə hələ də azadlıqda qalır.

Xuraman Etibarlı

İnterpress.az