Almaniyada xəstəxanada girov həyəcanıbackend

Almaniyada xəstəxanada girov həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Axen şəhərində bir xəstəxanada silahlı bir şəxsin bəzi insanları girov götürdüyü xəbəri alındıqdan sonra hadisə yerinə çoxlu sayda polis qrupu göndərilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın Axen şəhərindəki Luisen xəstəxanasında silahlı bir şəxsin bəzi insanları girov götürməsi xəbərini alan təhlükəsizlik qüvvələri hərəkətə keçib.

Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası göndərilib.

Aachen polisinin verdiyi açıqlamada, ‘Hazırda Aachendəki Luisen Xəstəxanasında polis və yanğınsöndürənlər xidmətdədir. Hazırda mümkün təhlükənin əlamətləri var. Xəstəxananın ətrafı mühasirəyə alınıb.

Alman mətbuatında çıxan bəzi xəbərlərdə silahlı qadının xəstəxanada bir otaqda özünü kilidlədiyi iddia edilib.